Avstriyada qar uçqunu baş verib, 5 nəfər ölüb

Avstriyada qar uçqunu baş verib, 5 nəfər ölüb
# 08 mart 2020 17:06 (UTC +04:00)

Avstriyadakı Daxştayın dağ silsiləsində qar uçqunu baş verib.

APA Avstriyanın "Kurier" nəşrinə istinadən xəbər verir ki, uçqun nəticəsində 5 nəfər ölüb.

Hadisə bu gün yerli vaxtla təxminən 9.30-da baş verib. Uçqun zamanı iki Çexiya vətəndaşı da yaralanıb. Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək hələ mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR