Azərbaycandan Gürcüstana gedən Çin vətəndaşlarında "donuz qripi" aşkarlanıb

Azərbaycandan Gürcüstana gedən Çin vətəndaşlarında "donuz qripi" aşkarlanıb
  • Clock-gray 11:35
  • calendar-gray 31 Yanvar 2020

Yanvarın 25-də Azərbaycandan Gürcüstana gedən Çin vətəndaşlarında "donuz qripi"  aşkarlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Luqar labaratoriyasında aparılan analizlərin nəticəsində hər iki Çin vətəndaşına H1N1 qrip virusu ("donuz qripi") diaqnozu qoyulub.

Amiran Qamkrelidze bildirib ki, Çin vətəndaşlarında koronavirus aşkar edilməyib, bununla belə, əldə edilən məlumatlar yekun nəticə üçün xaricə göndəriləcək.

Qeyd edək ki, ötən gün Gürcüstanın Kazbegi rayonundan 9 nəfərlik çinli turist qrupu koronavirus şübhəsi ilə təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasına aparılıb və xüsusi nəzarətə götürülüb.  Eyni ailənin üvzləri olduğu bildirilən qrupda iki azyaşlıda yüksək hərarət müşahidə edilib. Qrupun Çinin Uhan vilayətindən 1300 km uzaqda yerləşən əyalətdən gəldiyi bildirilir.

Çinli turistlər yanvarın 21-də Çindən Bakıya gəlib, yanvarın 25-də isə Bakıdan Gürcüstana yola düşüblər.

Səid Babazadə

Digər xəbərlər