Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında Gəncədə həlak olanlar yad edilib

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında Gəncədə həlak olanlar yad edilib
# 18 oktyabr 2020 11:33 (UTC +04:00)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində həlak olanların xatirəsi yad edilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniyada yaşayan icmamız, xüsusilə də məsum uşaqların Ermənistan tərəfindən hədəf alınmasına diqqət çəkmək üçün səfirliyin önünə oyuncaqlar qoyublar.

Bundan əlavə, “Gəncə üçün dua edək”, “Gəncə hücum altındadır”, “Erməni terroruna yox” kimi şüarlar da qaldırılıb.

Qeyd edək ki, Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.

Ermənistan ordusunun oktyabrın 11-də Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR