Azərbaycanın Polşadakı səfirliyinin qarşısında ermənilərin icazəsiz aksiya keçirməsinin qarşısı alınıb

Azərbaycanın Polşadakı səfirliyinin qarşısında ermənilərin icazəsiz aksiya keçirməsinin qarşısı alınıb
# 16 iyul 2020 18:51 (UTC +04:00)

İyulun 16-da Azərbaycanın Polşadakı səfirliyinin qarşısında erməni vandallarının icazəsiz aksiya keçirməsinin qarşısı alınıb.

Diaporla İş Üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov bildirib ki, bu ölkədə yaşayan ermənilərin sosial media şəbəkələrində yaratdıqları qrupların iyulun 16-da Varşavada Azərbaycan səfirliyinin qarşısında icazəsiz aksiya təşkil etmək və vandalizm aktları həyata keçirmək çağırışlarından xəbər tutan kimi bu barədə səfirliyimiz məlumatlandırıb. Azərbaycan səfirliyi isə dərhal gözlənilən təxribatla bağlı yerli polisi xəbərdar edib.

Polşa Azərbaycanlıları Şurası, Polşa Azərbaycanlılarının Koordinasiya Şurası və Polşa Azərbaycanlıları Assosiasiyasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı gənclər və soydaşlarımızın polyak dostları bir araya gələrək, səfirliyimizin binasının qarşısına toplaşıblar. Beləliklə, Azərbaycan səfirliyinin binası önündə vandal aktları törətmək istəyən 30 erməninin yolunu əllərində Azərbaycan bayraqları olan 200 nəfərədək azərbaycanlı gənc kəsib.

Gənclərimizin səfirliyin binasını əhatə etdiklərini görən ermənilər planlaşdırdıqları təxribatı həyata keçirə bilməyiblər. Yerli polisin aksiyaçıların arasında mövqe tutmasına baxmayaraq, binaya yaxınlaşmağa cəhd edən ermənilərə soydaşlarımız əngəl olublar və ermənilərin bayraqlarını əllərindən alıb yerə atıblar. Polis həmin erməniləri dərhal ərazidən uzaqlaşdırıb.

Vətənpərvər soydaşlarımız isə Tovuz rayonunda törədilən təxribata, Ermənistanın torpaqlarımızı işğal etməsinə etiraz şüarları yazılmış plakatları qaldırıblar, Azərbaycanın dövlət himnini, "Əsgər marşı"nı ifa ediblər, cəngi sədaları altında şüarlar səsləndiriblər. Azərbaycan Ordusunu dəstəklədiklərini vurğulayan aksiyaçılar Vətənimizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin istənilən zaman elan edəcəyi səfərbərliyə hazır olduqlarını bəyan ediblər.

Tədbiri sosial şəbəkə üzərindən canlı yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR