Azərbaycanın Türkiyə Səfirliyi vətəndaşlara mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir

Azərbaycanın Türkiyə Səfirliyi vətəndaşlara mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir
  • Clock-gray 21:05
  • calendar-gray 29 Mart 2020

 

“Bölgəmizdə koronavirus (COVID-19) pandemiyası başlayandan etibarən Səfirlik dövlət siyasətinin bir hissəsi kimi Azərbaycan vətəndaşlarına mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir”.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Türiyədəki səfirliyindən verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunduğu kimi, Azərbaycanın Türiyədəki Səfirliyi ilk növbədə xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və logistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərib: “Həmçinin Bolqarıstan-Türkiyə sərhədində Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn vətəndaşlarımızın bu ölkəyə keçidini təmin etmək üçün ilk olaraq sərhəddə qalan 28 azərbaycanlının sərhədi keçməsinə nail olunmuş, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-nin Bolqarıstana keçməsinə şərait yaradılmış, sərhəddə qalan digər 3 vətəndaşımızın isə Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanılıb. Bu gün həmin 3 vətəndaşımızın Türkiyə ərazisində 2 gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilib. Bunun üçün biz Türkiyə hökumətinə, xüsusilə də Türkiyənin Xarici İşlər Nazirliyinə dərin minnətdarlığımızı bildiririk”.

Məlumatın sonunda bildirilib ki, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date