BMT-nin 950-dən çox əməkdaşı koronavirusa yoluxub

BMT-nin 950-dən çox əməkdaşı koronavirusa yoluxub
# 13 iyun 2020 08:26 (UTC +04:00)

BMT-nin 950-dən çox əməkdaşında yeni növ koronavirusun aşkarlandığı bildirilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə məlumat verib.

O qeyd edib ki, sözügedən virusa yoluxan əməkdaşların ümumi sayı 953 nəfərdir.

Xatırladaq ki, mart ayının ortalarından etibarən BMT-nin qərargah binasında katiblik işçilərinin iş qrafiki məhdudlaşdırılıb. Təşkilatın əlaqədar qurumlarında bütün iclaslar videokonfrans formatında keçirilir.

Hazırkı iş formatının ən azı iyunun sonuna qədər davam edəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR