Babiş rus diplomatlarının ölkədən çıxarılması qərarına görə Slovakiyaya təşəkkür edib

Babiş rus diplomatlarının ölkədən çıxarılması qərarına görə Slovakiyaya təşəkkür edib
# 22 aprel 2021 22:11 (UTC +04:00)

“Slovakiyanın Baş naziri Eduard Heger mənə üç rus diplomatın respublikadan çıxarılacağı barədə məlumat verdi, bu dəstək jestinə görə rəsmi Bratislavaya təşəkkür edirik.”

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş “Twitter” hesabında yazıb.

“Çox sağol! Slovakiyanın bu ağır jestini və mövqeyini çox qiymətləndiririk”, deyə A.Babiş vurğulayıb.

Qeyd edək ki, Slovakiya hakimiyyəti bu gün üç Rusiya diplomatını “persona non-qrata” elan edib. Rus diplomatlara ölkəni tərk etmələri üçün 1 həftə vaxt verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR