Baş Nazir: “Gürcüstanda karantin elan etməyəcəyik”

Baş Nazir: “Gürcüstanda karantin elan etməyəcəyik”
# 19 oktyabr 2020 13:52 (UTC +04:00)

“Artıq karantin elan etməyəcəyik, buna ehtiyac yoxdur, ölkə iqtisadiyyatı buna tab gətirə bilmir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə deyib.

O bildirib ki, koronavirusla birlikdə yaşamaq və onunla mübarizə aparmaq hər kəsin anlamalı olduğu uzunmüddətli bir prosesdir.

“Birinci dalğa əsnasında resurslarımızı qiymətləndirdik, ağrılı bir qərar verdik və olduqca sərt karantin elan etdik. Ancaq unutmayaq ki, o dövrdə dünyanın bu virus barədə heç bir məlumatı yox idi, biz bir neçə aya peyvəndin əldə ediləcəyinə ümid edirdik. Təəssüf ki, peyvənd indiyədək əldə edilməyib. Bu gün fərqli bir vəziyyətdəyik”, - deyə Baş Nazir qeyd edib.

G. Qaxaria vurğulayıb ki, epidemioloji vəziyyətin pisləşməsinə görə oktyabrın 31-də keçiriləcək parlament seçkilərinin vaxtı dəyişdirilməyəcək.

Xatırladaq ki, Gürcüstanda son sutka ərzində 1 186 nəfər koronavirusa yoluxub, bununla da COVID-19-a yoluxanların sayı 18 663 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR