Baş nazir: “Gürcüstanda erkən parlament seçkiləri keçirilməyəcək”

Baş nazir: “Gürcüstanda erkən parlament seçkiləri keçirilməyəcək”
# 29 mart 2021 13:12 (UTC +04:00)

“Gürcüstanda erkən parlament seçkiləri keçirilməyəcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələ ilə bağlı artıq söhbət aparılmır və beynəlxalq təşkilatlar ötən ilin oktyabrında Gürcüstanda keçirilən erkən parlament seçkilərinin demokratik şəkildə keçirildiyini vurğulayıblar.

“Ölkədə erkən parlament seçkiləri keçirilməyəcək. Bu barədə danışmağı bitirmişik. Avropa İttifaqı rəsmiləri, ABŞ Dövlət Departamenti və Senatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu barədə bəyanatlarını eşitmişik. Bütün dünya bizim seçkilərimizi tanıyıb və bizi təbrik edib. Siz hansı seçkilər barədə danışırsınız?”, - deyə Baş nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR