Batumidə 9 Türkiyə vətəndaşı saxlanılıb

Batumidə 9 Türkiyə vətəndaşı saxlanılıb
# 02 iyun 2020 11:22 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində 9 Türkiyə vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) birgə əməliyyatı nəticəsində iki ayrı ünvanda həyata keçirilən əməliyyat nəticəsində Gürcüstanda qanunsuz yaşayan 9 Türkiyə vətəndaşı saxlanılıb.

Məlumata görə, saxlanılan şəxslərin yaşadığı mənzilə baxış keçirilərkən dörd ədəd odlu silah ələ keçirilib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz keçmə, odlu silah və partlayıcı qurğuların qanunsuz alınması, saxlanması, daşınmasını nəzərdə tutan maddələr üzrə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR