Bayden Münhen Təhlükəsizlik Konfransının xüsusi buraxılışında çıxış edəcək

Bayden Münhen Təhlükəsizlik Konfransının xüsusi buraxılışında çıxış edəcək
# 12 fevral 2021 15:54 (UTC +04:00)

COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınan Münhen Təhlükəsizlik Konfransının xüsusi buraxılışı keçiriləcək.

APA-nın Münhen Təhlükəsizlik Konfransının saytına istinadən verdiyi xəbərə görə, xüsusi buraxılış fevralın 19-da virtual formatda baş tutacaq.

“Davam edən pandemiya səbəbindən bu il fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransı 2021-ci ilin növbəti aylarına təxirə salınmalı oldu. Lakin, yüksək səviyyəli liderlərə bu kritik anda müzakirələr üçün qlobal platforma təqdim etmək üçün biz xüsusi buraxılışa ev sahibliyi etməyə qərar verdik. "Qərarsızlığın arxasında: Transatlantik əməkdaşlığın yenilənməsi, qlobal çağırışlarla üzləşmək" başlığı altında keçirilən xüsusi buraxılışda transatlantik alyans daxilində əlaqələrin yenidən necə qurulacağı müzakirə ediləcək, transatlantik və beynəlxalq əməkdaşlığın ən çox tələb olunduğu sahələrə toxunulacaq”, - deyə Münhen Təhlükəsizlik Konfransının saytında bildirilib.

Xüsusi buraxılışda ABŞ Prezidenti Co Bayden, Almaniya kansleri Angela Merkel, NATO Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus, ABŞ Prezidentin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Con Kerri, “Microsoft”un prezidenti Bill Qeyts çıxış edəcəklər.

Xüsusi buraxılış Münhen Təhlükəsizlik Konfransının saytında və sosial media hesablarında canlı yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR