Belçikada iğtişaşlarla əlaqədar 10 nəfər saxlanılıb

Belçikada iğtişaşlarla əlaqədar 10 nəfər saxlanılıb
  • Clock-gray 19:01
  • calendar-gray 14 Mart 2021

Belçikanın Lyej şəhərində dünən iğtişaşlarda iştirak etmiş 10 nəfər saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.

Saxlanılanlardan 1-i yetkinlik yaşına çatmayan, qalanları 20-30 yaşlı şəxslərdir.

Qeyd edək ki, dünən Lyejdə 300 qədər şəxsin qatıldığı icazəsiz aksiya iğtişaşlara, talana yol açıb, polis təzyiqli su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar zamanı 36 polis əməkdaşı yaralanıb, onlardan 10-u xəstəxanaya yerləşdirilib.

 

apa-logo-mini

Digər xəbərlər