Berlin və Varşava arasında Navalnı işi ilə bağlı danışıqların səs qeydləri yayımlanıb - VİDEO

Berlin və Varşava arasında Navalnı işi ilə bağlı danışıqların səs qeydləri yayımlanıb - VİDEO
# 05 sentyabr 2020 01:42 (UTC +04:00)

Belarusun dövlətə məxsus mətbuat orqanı Berlin və Varşava arasında Aleksey Navalnı ilə bağlı danışıqların səs yazısını yayımlayıb.

APA RİA Novosti-yə istinadən dialoqun stenoqramını təqdim edir.

- Salam, sabahın xeyir, Nik. İşlərimiz necə gedir?

- Hər şey plana uyğundur. Navalnı ilə bağlı materiallar hazırdır. Kanslerin ofisinə göndəriləcək. Onun cavabını gözləyirik.

- Zəhərlənmə dəqiq təsdiqlənir?

- Bax, Mayk, bu, o qədər də vacib deyil. Müharibə gedir. Müharibə zamanı hər cür üsul yaxşıdır.

- Razıyam. Putinin burnunu Belarusun işlərinə soxmasından çəkindirmək lazımdır. Ən təsirli yol onun başını Rusiyanın problemlərinə qarışdırmaqdır. Üstəlik, yaxın gələcəkdə Rusiyada seçkilər olacaq.

- Bu bizim etdiyimiz şeydir. Belarusda işiniz necədir?

- Düzünü deyim, yaxşı deyil. Prezident Lukaşenko "möhkəm qoz" çıxdı. Peşəkar və mütəşəkkildir. Rusiyanın onlara dəstək verdiyi aydındır. Məmurlar və hərbçilər prezidentə sadiqdirlər. Hələlik işləyərik. Qalanlarını görüşəndə danışarıq, telefon söhbəti deyil.

- Bəli, başa düşürəm. Görüşərik, sağol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR