Berlində Liviya üzrə sammitin yekun sənədinin son mətni razılaşdırılıb

Berlində Liviya üzrə sammitin yekun sənədinin son mətni razılaşdırılıb
# 19 yanvar 2020 21:19 (UTC +04:00)

Berlində Liviya ilə bağlı beynəlxalq konfransın iştirakçıları iclasdan sonra qəbul edilməsi gözlənilən sənədin mətni ilə razılaşıblar.

APA xəbər verir ki, bu məlumatı “TASS” agentliyi bir neçə diplomatik mənbəyə istinadən bildirib.

“Mətn sonda razılaşdırılıb”, - deyə mənbə qeyd edib.

Sənəd layihəsinə əsasən, Liviyada nizamlanma prosesinin altı “səbət”ə bölünməsi təklif olunur: atəşkəs, silah embarqosunun tətbiqi, siyasi proses, təhlükəsizlik sektorunda islahatlar, iqtisadi islahatlar, humanitar haqlara və insan haqlarına uyğunluq.

Sənəddə bütün iştirakçı ölkələrin Liviyaya qarşı silahlı müdaxilədən imtina etməsi tələb olunur. Bəyanat qəbul edilərsə, orada olan qərarların icrası BMT-nin himayəsi altında xüsusi yaradılmış beynəlxalq mexanizm tərəfindən icra ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR