Berlində etiraz aksiyaları zamanı 365 nəfər saxlanılıb

Berlində etiraz aksiyaları zamanı 365 nəfər saxlanılıb
  • Clock-gray 03:54
  • calendar-gray 19 Noyabr 2020

Almaniya paytaxtında COVID-19-a qarşı məhdudlaşdırıcı tədbirlərə etiraz edənlərin aksiyalarında azı 365 nəfər saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli polisdən bildirilib.

“Saat 19:30-a (Bakı vaxtı ilə 22:30) olan məlumata görə, ümumilikdə 365 nəfər saxlanılıb. Əksəriyyəti infeksiya mühafizəsi haqqında qanunun pozulması səbəbindən”, - deyə polisin məlumatında qeyd olunub.

Məlumata görə, aksiyalar zamanı iki nəfər həbs oluna bilər, 10-dək qədər polis yaralanıb.

apa-logo-mini

Digər xəbərlər