Berlindən Afinaya uçan təyyarə yanğın səbəbindən təcili eniş edib

Berlindən Afinaya uçan təyyarə yanğın səbəbindən təcili eniş edib
# 03 iyul 2020 20:35 (UTC +04:00)

Berlindən Afinaya uçan və İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilot kabinəsində baş vermiş yanğın səbəbindən Yunanıstanın Saloniki şəhərinə təcili eniş etməli olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Mülki Müdafiə Baş Katibliyi məlumat yayıb.

Məlumata görə, insident zamanı xəsarət alan olmayıb.

Təyyarə “Makedoniya” aeroportuna enib. Bundan sonra dərhal bütün xilasetmə xidməti cəlb olunub, təyyarədə olan 157 sərnişin, 1 azyaşlı və 6 ekipaj üzvü təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR