Berluskoni xəstəxanadan buraxılıb

Berluskoni xəstəxanadan buraxılıb
# 15 yanvar 2021 16:59 (UTC +04:00)

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Monakoda yerləşdirildiyi xəstəxanadan buraxılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə S. Berluskoninin “İrəli, İtaliya” partiyasındakı mənbələr jurnalistlərə məlumat verib.

Artıq sabiq Baş nazirin Nitsa ətrafında qızının yaşadığı evə qayıtdığı bildirilib.

Qeyd edək ki, ötən gün 84 yaşlı S. Berluskoni ürəyində yaranan problemə görə təcili şəkildə Monte-Karloda xəstəxanaya yerləşdirilib. Həkimi bildirib ki, S. Berluskoninin aritmik problemi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR