Beyrutdakı partlayışda yaralanan Niderland səfirinin xanımı vəfat edib

Beyrutdakı partlayışda yaralanan Niderland səfirinin xanımı vəfat edib
# 08 avqust 2020 14:46 (UTC +04:00)

Beyrut limanında partlayış zamanı ağır yaralanan Niderlandın Livandakı səfirinin xanımı vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Niderland Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, səfir Jan Valtmansın xanımı 55 yaşlı Hedviq Valtmans-Molier avqustun 4-də Beyrut limanında partlayış baş verən zaman evdə olub. Səfirin yaşadığı bina da partlayışın təsirinə məruz qalıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 154 nəfər ölüb, 5 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR