Londonda məscidin imamı bıçaqlanıb - YENİLƏNİB

Londonda məscidin imamı bıçaqlanıb - YENİLƏNİB
# 20 fevral 2020 21:42 (UTC +04:00)

Londonda yerləşən məscidin imamı bıçaqlanıb.

APA-nın Britaniya bürosunun məlumatına görə, “Regents Park” ərazisində yerləşən London Mərkəzi Məscidində məscidin imamı namaz zamanı bıçaqlanıb.

Hadisə şahidlərinin verdiyi xəbərə görə, imama hücum edən şəxs namaz zamanı onun arxasında oturub. Daha sonra isə o, 70 yaşlarında olan imamın boyun nahiyəsindən bir neçə dəfə bıçaqlayıb. Polis imamın vəziyyətinin qənaətbəxş olduğunu və hadisənin terrorla əlaqədar olmadığını qeyd edib.

Polis imama hücum edən şəxsi həbs edib.

***

Saat 20:26

Londonda məsciddə bıçaqlanma hadisəsi baş verib.

APA-nın Britaniya bürosunun məlumatına görə, “Regents Park” ərazisində yerləşən London Mərkəzi Məscidində bıçaqlanma hadisəsi baş verib. Hadisə şahidlərinin verdiyi xəbərə görə, bıçaqlı bir şəxs məscidə daxil olaraq bir nəfəri boyun nahiyəsindən bıçaqlayıb. Yaralanın vəziyyəti haqqında polisin məlumat verməsi gözlənilir.

Polis hadisə ilə bağlı bir nəfəri həbs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR