“BioNTech” vaksin istehsalı üzrə alyans yaradıb

“BioNTech” vaksin istehsalı üzrə alyans yaradıb
  • Clock-gray 12:04
  • calendar-gray 14 Mart 2021

Yeni növ koronavirusa (COVİD-19) qarşı dünyada ilk dəfə DNK əsaslı vaksin hazırlayan Almaniyanın “BioNTech” şirkəti vaksin istehsalı üzrə 13 firma ilə alyans yaradıb.

APA-nın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, bununla da “BioNTech” bu il 2 milyard doz vaksin istehsalı hədəfinə çatmaq istəyir.

Alyansın yaradılması ilə bağlı danışıqlar 2020-ci ilin oktyabrında, “BioNTech”-in amerikalı tərəfdaşı “Pfizer” ilə vaksinin hazırlandığını elan etməsindən bir neçə həftə əvvəl başlanıb.  “BioNTech”-in alyansdakı tərəfdaşları arasında Almaniyanın “Merck”, “Rentchler Biopharma”, “Evonik Industries”, “Dermapharm”, “Siegfried AG i Baxter Oncology”, Fransanın “Sanofi i Delpharm”, İsveçrənin “Novartis”, Avstriyanın “Polymun Scientific Immunbiologische Forschung GmbH” və Kanadanın “Acuitas Therapeutics” şirkətləri var. Bu şirkətlər istehsal üzrə işlərin müəyyən bir hissəsini yerinə yetirəcək.

Həmin şirkətlər arasında “Pfizer”-in rəqibləri də yer alır.

“BioNTech” öz istehsalının həcmini də genişləndirir. Aprel ayında ildə 750 milyon doz vaksin istehsal edəcək yeni zavod istifadəyə veriləcək.

apa-logo-mini

Digər xəbərlər