Bir sıra Avropa ölkələrinin Səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq

Bir sıra Avropa ölkələrinin Səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq
# 24 fevral 2020 07:34 (UTC +04:00)

“Fransada koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb, İtaliyadakı vəziyyəti yaxından izləyirik”.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar günü Fransanın Səhiyyə naziri Oliver Veran mətbuat konfransında koronavirusla bağlı ölkədəki vəziyyətlə bağlı danışarkən deyib.

Bu gecə vəziyyətin beynəlxalq səviyyədə çox dəyişkən olduğunu bildirən nazir qeyd edib ki, italyan və alman həmkarları ilə danışıb: “Gələn həftə isə bir sıra Avropa ölkələrinin Səhiyyə nazirləri ilə mövcud vəziyyətlə bağlı müzakirə aparmağa razılaşdıq”.

Xatırladaq ki, Fransada hələlik koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb.

Avropada ən çox yoluxmaya məruz qalan ölkə isə İtaliyadır. Burada koronavirusa 150-dən çox insan yoluxub, 3 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR