Bolqarıstan iki rus diplomatını cəsusluqda ittiham edir

Bolqarıstan iki rus diplomatını cəsusluqda ittiham edir
  • Clock-gray 19:24
  • calendar-gray 24 Yanvar 2020

Bolqarıstan iki rus diplomatını "arzuolunmaz şəxs" elan edib.

APA-nın “Moscow Times”ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Sofiyadakı səfirliyinə müvafiq xəbərdarlıq qeydi təqdim olunub.

Rus diplomatlar cəsusluqda ittiham olunur.

Daha öncə Bolqarıstanın Xarici İşlər naziri Yekaterina Zaxaryeva diplomatların casusluq fəaliyyəti ilə bağlı prokurorluqdan məktub aldıqlarını deyib.  "Öhdəmizə düşən işi görəcəyik və çox güman ki, onları" persona non grata "elan edəcəyik" deyə nazir bildirib.

Y. Zaxaryeva Rusiya səfirinin Bolqarıstan XİN-ə çağırılacağını da qeyd edib.

Prokurorluqdan bildirilib ki, daha əvvəl də rusların casusluqla məşğul olması ilə bağlı məlumat olub, lakin diplomatik toxunulmazlıq səbəbindən onlar ittiham olunmayıb.

Məsələyə münasibət bildirən Rusiya səfirliyi rəsmi Moskvanın bu addıma cavab vermək hüququnu özündə saxladığını deyib.

Zümrüd Paşkin

Digər xəbərlər