Bolqarıstan sərhədlərini açır

Bolqarıstan sərhədlərini açır
  • Clock-gray 11:01
  • calendar-gray 22 May 2020

Bu gündən etibarən Bolqarıstan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar mart ayından tətbiq olunan Avropa İttifaqı (Aİ) və Şengen ölkələrinin vətəndaşları üçün ölkəyə giriş qadağasını aradan qaldırır.

APA-nın “Trud” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib.

Nazirliyin qərarına əsasən, mayın 22-dən etibarən Bolqarıstana səfər edənlər 14 gün müddətinə karantində alınacaqlar.

Karantinlə bağlı tələb tibb işçilərinə, diplomatlara, beynəlxalq təşkilatların nümayəndələrinə, həmçinin beynəlxalq sərnişin daşımaları ilə məşğul olan avtobus sürücülərinə şamil edilmir.

Zümrüd Paşkin

Digər xəbərlər