“Brüssel, ilk növbədə balıqçılıq sahəsindəki mövqeyini kökündən dəyişdirməlidir, əks təqdirdə Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında gələcək münasibətlər və sərbəst ticarət formatı barədə heç bir razılaşma olmayacaq”.
APA TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
Baş nazir əlavə edib ki, çox az vaxt qalıb və hazırda Aİ-nin mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirməyincə razılığın əldə olunmayacağı ehtimalı çox yüksək görünür: “Aİ ilə mövqelərimizin yaxınlaşmasına baxmayaraq, fikir ayrılıqları qalmaqdadır”.
Qeyd edək ki, Brexit-dən sonrakı keçid dövrü dekabrın 31-də bitir, lakin Böyük Britaniya ilə Aİ arasında hələ də ticarət razılaşması yoxdur.