Boris Conson: "Aleksey Navalnının zəhərlənməsi dünyanı şoka saldı"

Boris Conson: "Aleksey Navalnının zəhərlənməsi dünyanı şoka saldı"
# 26 avqust 2020 14:21 (UTC +04:00)

"Aleksey Navalnının zəhərlənməsi dünyanı şoka saldı".

APA-nın xəbərinə görə, bunu Britaniyanın Baş naziri Boris Conson "Twitter"də bildirib.

"Britaniya onunla və ailəsi ilə həmrəydir. Baş verənlərlə bağlı tam, şəffaf bir araşdırma lazımdır. Günahkarlar məsuliyyətə cəlb edilməlidir və Britaniya ədalətin təmin olunması üçün beynəlxalq səylərə qoşulacaq" Britaniyanın Baş naziri qeyd edib.

Xatırladaq ki, rusiyalı müxalifət lideri, “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.

Klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR