Boris Conson Britaniyanın yanvarın 31-dək Avropa İttifaqından çıxacağını bəyan edib: “Brexit” qəti şəkildə reallaşdırılacaq

Boris Conson Britaniyanın yanvarın 31-dək Avropa İttifaqından çıxacağını bəyan edib: “Brexit” qəti şəkildə reallaşdırılacaq
# 13 dekabr 2019 13:12 (UTC +04:00)

Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərində qələbədən sonra Baş Nazir Boris Conson "Brexit"in gələn il yanvarın 31-dək baş tutacağına söz verib.

APA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, Baş Nazir bildirib ki, “Brexit” bəhanəsiz, “amma”, “bəlkə” və “əgər” olmadan qəti şəkildə reallaşdırılacaq.

“Avropa İttifaqını tərk etmək Böyük Britaniyaya öz valyutasını, immiqrasiya sistemini, sərhədlərini və qanunlarını məhz öz nəzarəti altına almağa imkan verəcək. Mənə səs verənlərin düzgün qərar verdiklərini sübut edəcəyəm”, - deyə B. Conson qeyd edib.

Xatırladaq ki, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə əsasən, B. Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə 358 yer əldə edərək qalib gəlib.

Ramal Məmmədli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR