Boris Conson: “Mayın 11-dən karantin tədbirləri yüngülləşdirilə bilər”

Boris Conson: “Mayın 11-dən karantin tədbirləri yüngülləşdirilə bilər”
# 06 may 2020 17:47 (UTC +04:00)

“Böyük Britaniyada mayın 11-dən etibarən karantin tədbirləri yüngülləşdirilə bilər”.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, bunu Britaniyanın Baş Naziri Boris Conson deyib.

Baş Nazir bildirib ki, ictimaiyyətə bununla bağlı ətraflı məlumat həftənin bazar günü veriləcək.

“Mayın 11-dən nələrin dəyişəcəyini xalqın bir gün əvvəlcədən bilməyə ehtiyacı var”, - deyə B. Conson qeyd edib.

Xatırladaq ki, Böyük Britaniyada 23 martdan etibarən koronavirusla bağlı karantin rejimi tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR