Boris Conson Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini rədd edib

Boris Conson Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini rədd edib
# 15 yanvar 2020 01:20 (UTC +04:00)

Böyük Britaniya Şotlandiyanın müstəqilliklə bağlı referendum tələbini yenidən rədd edib.

APA-nın Britaniya bürosunun "Sky News"-a istinadən verdiyi xəbərə görə, müstəqilliklə bağlı referendum tələbi ilə Şotlandiyanın Baş Naziri Nikola Störjen Böyük Britaniyanın Baş Naziri Boris Consona məktub ünvanlayıb.

Boris Conson tərəfindən N.Störjenə ünvanlanan məktubda isə qeyd edilib ki, müstəqillik referendumu səbəbindən Şotlandiyanın son on ildəki siyasi durğunluğu davam edəcək, bu da öz növbəsində təhsil, səhiyyə və iş yerlərində mənfi nəticələrə gətirib çıxaracaq.

Qeyd edək ki, 2014-cü ilin 18 sentyabrında Şotlandiyada keçirilmiş referendumda şotlandların Böyük Britaniyanın tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və əhalinin 55,3 faiz Şotlandiyanın Büyük Britaniyanın tərkibində qalmasına səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR