Boris Conson: "Xalqın bir qismi Aİ-dən çıxdığımıza görə narahatlıq keçirir"

Boris Conson: "Xalqın bir qismi Aİ-dən çıxdığımıza görə narahatlıq keçirir"
# 01 fevral 2020 02:48 (UTC +04:00)

"Bu hələ son deyil, başlanğıcdır".

APA-nın London bürosunun verdiyi xəbərə görə, bu sözləri Britaniyanın Baş Naziri Boris Conson "Brexit"ə çox az qalmış etdiyi video müraciət zamanı deyib.

Boris Conson bildirib ki, Britaniya Aİ-ni tərk etdikdən sonra bəzi maneələrə rast gələ bilər: "Xalqın bir qismi Aİ-dən çıxdığımıza görə narahatlıq keçirir. Onları başa düşürəm. Mənim vəzifəm ölkəni bir araya gətirmək və irəli aparmaqdır".

Boris Conson Brexitin yeni ümidləri təmsil etdiyini bildirib.

Qeyd edək ki, Britaniya bugün London saatı ilə 23:00 da Aİ-dən çıxır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR