Boris Conson və Həsən Ruhani arasında telefon danışığı olub

Boris Conson və Həsən Ruhani arasında telefon danışığı olub
# 09 yanvar 2020 17:28 (UTC +04:00)

Böyük Britaniya Baş Naziri Boris Conson və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

APA-nın Britaniya hökumətinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tərəflər İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsindən sonra regionda baş verən hadisələri və son vəziyyəti müzakirə ediblər.

Regionda qarşıdurmalara son verməyə çağırış edən Britaniya Baş Naziri bildirib ki, ölkəsi İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planına, nüvə silahlanmasının qarşısının alınması və gərginliyin azaldılması istiqamətində davam edən dialoqa sadiqdir.

B. Conson İranda həbsdə olan Britaniya vətəndaşı Nazənin Zəghari - Redklif və digər ikili vətəndaşlığı olan şəxslər barədə narahatlığını da ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR