Boris Conson: “Xalqın etimadı sayəsində “Brexit”i reallaşdırmaq mümkün olacaq”

Boris Conson: “Xalqın etimadı sayəsində “Brexit”i reallaşdırmaq mümkün olacaq”
  • Clock-gray 11:08
  • calendar-gray 13 Dekabr 2019

“Hökumət “Brexit”i reallaşdırmaq üçün kifayət qədər mandata sahibdir”.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson deyib.

O bildirib ki, xalq tərəfindən Mühafizəkarlar Partiyasına göstərilən etimad sayəsində “Brexit”i reallaşdırmaq mümkün olacaq.

“Seçkilərin nəticəsi bizə nəinki “Brexit”i reallaşdırmağa, ölkəmizin birliyi və daha da irəli getməsi üçün şans yaradacaq. Düşünürəm ki, bu seçkilər tarixdə öz yerini tutacaq. Yeni hökumət Böyük Britaniyanı daha yaxşıya doğru dəyişmək və onun həqiqi potensialını üzə çıxarmaq üçün çalışacaq”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Boris Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə 358 yer əldə edərək qalib gəlib.

Ramal Məmmədli

apa-logo-mini

Digər xəbərlər