Boris Consonun hərarəti düşüb, müalicəsi müsbət nəticə verir

Boris Consonun hərarəti düşüb, müalicəsi müsbət nəticə verir
# 08 aprel 2020 17:12 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Consonun müalicəsi müsbət nəticə verir.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazirin sözçüsü deyib.

O bildirib ki, artıq 3-cü gecəni xəstəxanada keçirən B. Consonun əhvalı yaxşıdır və onun orqanizmi müalicəyə müsbət reaksiya verir.

“Baş Nazir reanimasiyadadır, o, ehtiyac duyduğu şəxslərlə əlaqə qurma imkanına malikdir. Hər zaman həkimlərinin tövsiyələrinə əməl edir”, - deyə sözçü cavab verib.

Britaniyanın "Daily Mail" nəşri isə öz mənbələrinə istinadən yazıb ki, koronavirus simptomları olan öskürək və yüksək hərarətlə xəstəxanaya müraciət edən Baş Nazirin artıq hərarəti düşüb.

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, onda virusun simptomları hələ də özünü göstərir və onun yüksək hərarəti var. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, B. Consonun xəstəxanada olması səbəbi ilə hazırda Böyük Britaniya hökumətinə müvəqqəti olaraq XİN başçısı Dominik Raab rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR