Boris Consonun son durumu açıqlanıb

Boris Consonun son durumu açıqlanıb
  • Clock-gray 19:57
  • calendar-gray 10 Aprel 2020

Dünən axşam saatlarında reanimasiyadan palataya köçürülən Böyük Britaniyanın Baş Naziri Boris Conson yenidən yeriyə bilib. 

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Boris Conson ona göstərilən qayğıya görə bütün həkimlərə təşəkkürünü bildirib və düşüncəsinin koronavirus ilə mübarizə aparanlarda olduğunu deyib. 

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, onda virusun simptomları hələ də özünü göstərir və onun yüksək hərarəti var. Aprelin 5-də  B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb. Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında isə Boris Conson reanimasiyadan palataya köçürülüb. 

Aytən Abbaslı

Digər xəbərlər