Borrell: "Avropa İttifaqı ÜST-ün gördüyü işləri dəstəkləyir"

Borrell: "Avropa İttifaqı ÜST-ün gördüyü işləri dəstəkləyir"
# 09 aprel 2020 13:33 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gördüyü vacib işləri dəstəkləyir.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

“Əməkdaşlıq, həmrəylik və çoxşaxəlilik koronavirusla mübarizədə ortaq uğurumuz üçün əsasdır. Tedros Adhanom Ghebreyesusun rəhbərliyi altında Ümumdünya Səhiyyə Təşkilatı bu yolda bütün dünya üçün həyati dəstək verir. Avropa İttifaqı onların vacib işlərini tam dəstəkləyir”, - deyə C. Borrell qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp ÜST-ü "Çin yönümlü" adlandıraraq ABŞ-ın bu təşkilata maliyyə yardımını dayandıracağı ilə hədələmişdi. O, ÜST-ü səhv tövsiyələr verməkdə günahlandırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR