Borrell Rusiyanın AB-yə qarşı istiqamət götürdüyünü bildirib

Borrell Rusiyanın AB-yə qarşı istiqamət götürdüyünü bildirib
# 23 mart 2021 04:31 (UTC +04:00)

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Rusiyanın AB-yə qarşı çıxmaq istədiyini bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bunu mətbuat konfransında deyib.

“Aydındır ki, Rusiya Avropa Birliyi ilə qarşıdurmaya doğru istiqamətlənib”, - deyə Borrell bildirib.

O, həmçinin Moskvanın Brüsseldən “getdikcə daha çox" uzaqlaşdığı fikrini də irəli sürüb. Onun sözlərinə görə, Rusiya ilə münasibətlər məsələsi gündəmdə qalacaq və həftənin sonunda yenidən Avropa Şurasında qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR