Borrell: “Ümid edirəm ki, “Sputnik V” peyvəndinin Aİ ərazisində istifadəsinə icazə veriləcək”

Borrell: “Ümid edirəm ki, “Sputnik V” peyvəndinin Aİ ərazisində istifadəsinə icazə veriləcək”
# 05 fevral 2021 14:41 (UTC +04:00)

“Koronavirusa qarşı “Sputnik V” peyvəndinin effektivliyi ilə bağlı Rusiyanı təbrik edirəm. Bu, bəşəriyyət üçün yaxşı xəbərdir”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

“Mən nüfuzlu “The Lancet” elmi jurnalında “Sputnik V” peyvəndinin effektivliyini izah edən elmi hesabatı oxumağıma şadam. Ümid edirəm ki, Avropanın Dərmanlara Nəzarət Agentliyi bu peyvəndin istifadəsini təsdiqləyəcək. Beləliklə də bu peyvəndin Aİ ərazisində istifadəsinə icazə veriləcək”, - deyə C. Borrell vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR