Borrell və Blinken Ukrayna, Əfqanıstan və İranla bağlı müzakirələr aparıblar

Borrell və Blinken Ukrayna, Əfqanıstan və İranla bağlı müzakirələr aparıblar
# 14 aprel 2021 01:29 (UTC +04:00)

Avropa Birliyinin (AB) xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Brüsseldə ABŞ Dövlət katibi Entoni Blinken Ukrayna Əfqanıstandakı vəziyyətlə bağlı, eləcə də İranla nüvə razılaşması barədə danışıqlar aparıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə AB-nin xarici siyasət xidmətinin yaydığı açıqlamada deyilir.

“Jozep Borrell və Entoni Blinken Ukraynada hadisələrin son inkişafını müzakirə ediblər və Ukrayna sərhədləri yaxınlığında və qanunsuz olaraq ilhaq edilmiş Krımda Rusiya hərbi qüvvələrinin genişlənməsindən dərin narahatlıqlarını bildiriblər. Onlar Əfqanıstanda sabitliyin artırılması ilə bağlı işlərin davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə açıqlamada qeyd olunub.

Tərəflər İranın nüvə sazişini də müzakirə ediblər və bütün tərəflər tərəfindən tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR