Böyük Britaniyada koronavirusa yoluxma halı qeydə alınıb

Böyük Britaniyada koronavirusa yoluxma halı qeydə alınıb
# 31 yanvar 2020 13:47 (UTC +04:00)

Böyük Britaniyada koronavirusa (2019-nCoV virusu) yoluxma halı qeydə alınıb.

APA-nın "SkyNews" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin İngiltərə departamentinin rəsmisi Kris Vitti bildirib ki, virusa yoluxanlar iki nəfərdir və onlar bir ailənin üzvləridir.

K. Vitti bildirib ki, xəstələr hazırda nəzarət altındadır və sınaqdan keçirilmiş infeksiyaya nəzarət prosedurlarından istifadə edilir.

"Virusun yayılmasının qarşısını almaq üçün xəstələrin əlaqədə olduqları şəxsləri müəyyənləşdirmək üçün sürətlə çalışırıq", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR