Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub
# 27 mart 2020 15:21 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Baş nazirin COVID-19 testi pozitiv çıxıb.

Məlumata görə, Baş nazir vəzifəsinin icrasını karantin vəziyyətində davam etdirəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Şahzadə Çarlzın da koronavirusa yoluxduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR