Britaniya İsrail və BƏƏ arasında diplomatik əlaqələrin qurulmasını tarixi addım adlandırıb

Britaniya İsrail və BƏƏ arasında diplomatik əlaqələrin qurulmasını tarixi addım adlandırıb
  • Clock-gray 14:10
  • calendar-gray 14 Avqust 2020

Britaniya Xarici İşlər Nazirliyi (XİN) İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasını tarixi addım adlandırıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniyanın Xarici İşlər naziri Dominik Raab BƏƏ-nin İsrail ilə münasibətləri normallaşdırmaq qərarını alqışladığını açıqlayıb: “Britaniyanın iki böyük dostu arasındakı münasibətlərin normallaşması tarixi bir addımdır. Biz həm BƏƏ-nin İsrail ilə münasibətləri normallaşdırmaq qərarını, həm də ilhaq planlarının dayandırılmasını alqışlayırıq”, - deyə Dominik Raab verdiyi bəyanatda bildirib. 

Xarici İşlər naziri qeyd edib ki, nəticədə Fələstinlə İsrail arasında birbaşa danışıqların yerini heç bir şey əvəz edə bilməz: “Bu da davamlı sülhə çatmağın yeganə yoludur”.

Aytən Abbaslı

Digər xəbərlər