Britaniya Parlamenti koronavirusa görə iclaslarını dayandırır

Britaniya Parlamenti koronavirusa görə iclaslarını dayandırır
# 25 mart 2020 12:46 (UTC +04:00)

Böyük Britaniya Parlamenti hökumətin koronavirusun yayılmasının qarşısını almaq üçün göstərdiyi səylər çərçivəsində iclaslarını dayandırmağa hazırlaşır.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, ən azı 4 həftə ərzində Parlamentin iclasları keçirilməyəcək.

Parlamentarilərin Pasxa bayramı ilə əlaqədar martın 31-də üç həftəlik tətilə gedəcəyi gözlənilsə də koronavirus pandemiyası ilə əlaqədar ölkədə yaranan vəziyyəti nəzərə alan Böyük Britaniya Parlamenti bu gün axşamdan etibarən iclasları dayandırması gözlənilir. Artıq bir müddətdir ki, Parlament ziyarətçilər üçün qapadılıb, İcmalar Palatasındakı nümayəndələrin sayı azaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR