Britaniya Parlamentinin İcmalar Palatası "Brexit" sazişini təsdiqləyib

Britaniya Parlamentinin İcmalar Palatası "Brexit" sazişini təsdiqləyib
  • Clock-gray 03:12
  • calendar-gray 10 Yanvar 2020

Böyük Britaniya Parlamentinin İcmalar Palatası ötən axşam ölkənin Avropa Birliyindən çıxmasına dair razılaşmanı təsdiqləyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, qanun layihəsi Lordlar Palatası tərəfindən təsdiqlənərsə, Britaniya yanvarın 31-də Avropa Birliyini tərk edəcək.

330 deputat razılaşmanın lehinə, 321 deputat isə əleyhinə səs verib. Sənəd baxılması üçün yuxarı palatanın nəzərinə təqdim edilib, sonra isə kraliçanın razılığı alınmalıdır.

“Brexit”dən sonra 2020-ci ilin sonuna qədər davam edəcək bir keçid dövrü başlayacaq. Bu müddət ərzində London və Brüssel bütün sahələrdə gələcək əməkdaşlıq üçün formatlar hazırlamalıdırlar.

apa-logo-mini

Digər xəbərlər