Britaniya Parlamentinin Lordlar Palatası “Brexit" sazişini təsdiqləyib

Britaniya Parlamentinin Lordlar Palatası “Brexit" sazişini təsdiqləyib
# 22 yanvar 2020 23:11 (UTC +04:00)

Britaniya Parlamentinin Lordlar Palatası Boris Consonun “Brexit" sazişini təsdiqləyib.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, bununla da qanun layihəsi parlamentdəki bütün mərhələlərdən keçib.

Layihənin sabah Kraliçaya təqdim edilməsi gözlənilir. Kraliçanın da razılığı alındıqdan sonra Britaniya yanvarın 31-də Avropa Birliyini tərk edə biləcək.

“Brexit”dən sonra 2020-ci ilin sonuna qədər davam edəcək bir keçid dövrü başlayacaq. Bu müddət ərzində London və Brüssel bütün sahələrdə gələcək əməkdaşlıq üçün formatlar hazırlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR