Britaniya XİN başçısı: “Navalnı dərhal sərbəst buraxılmalıdır”

Britaniya XİN başçısı: “Navalnı dərhal sərbəst buraxılmalıdır”
# 18 yanvar 2021 13:24 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Aleksey Navalnının sərbəst buraxılması üçün çağırış edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, D. Raab deyib ki, mənfur cinayətin qurbanı olan A. Navalnının tutulması dəhşətlidir.

XİN başçısı bildirib ki, A. Navalnı dərhal sərbəst buraxılmalıdır: “Rusiya Navalnıya əziyyət vermək əvəzinə, kimyəvi silahın öz torpaqlarında necə istifadə edildiyini izah etməlidir”.

Qeyd edək ki, Rusiya müxalifətini lideri A. Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb. Hava limanında A. Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir. Qeyd olunub ki, A. Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR