Britaniya kraliçası “MI5”in keçmiş rəhbərini yüksək vəzifəyə təyin edib

Britaniya kraliçası “MI5”in keçmiş rəhbərini yüksək vəzifəyə təyin edib
# 06 fevral 2021 01:10 (UTC +04:00)

Böyük Britaniya kraliçası II Yelizaveta Bukinhem sarayında ölkənin əks-kəşfiyyat xidməti olan “MI5”in keçmiş rəhbəri Endryu Parkeri yüksək vəzifəyə təyin edib.

APA TASS-a istina xəbər verir ki, bu barədə Bukinhem sarayı məlumat yayıb.

Bildirilib ki, Parker aprelin 1-də etibarən sarayda Lord Kamerqer vəzifəsini icra edəcək.

Lord Kamerqer vəzifəsinə təyin olunan şəxs Kral sarayında bütün təsərrüfat işlərinə məsuldur. Eyni zamanda Monarxla Britaniya Parlamentinin Lordlar Palatası arasında əlaqə yaradır, kral ailəsinin üzvlərinin iştirak etdiyi dövlət ziyarətlərini və toy mərasimlərini təşkil edir.

Qeyd edək ki, bundan əvvəl Lord Kamerqer vəzifəsini 73 yaşlı Uilyam Pil yerinə yetiridi.

Xatırladaq ki, bu vəzifə XIV əsrdə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR