Britaniya və Aİ arasında danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb

Britaniya və Aİ arasında danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb
# 24 aprel 2020 17:44 (UTC +04:00)

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin "Brexit" danışıqları üzrə müşaviri Mişel Barnier mətbuat konfransında deyib.

Aİ rəsmisi bildirib ki, "Brexit" sonrası Britaniya və Aİ münasibətləri ilə bağlı müzakirələr mayın 11-i və iyunun 1-nə təyin edilib.

Mişel Barnier Britaniya ilə Aİ arasında "Brexit"dən sonrakı ticarət danışıqlarında irəliləyişin olmadığını və bundan məyusluğunu dilə gətirib. O, iyunun 30-da keçid dövrünün uzadılması ilə əlaqədar ortaq bir qərar veriləcəyini vurğulayıb.

Qeyd edək ki "Brexit"dən sonra keçid dövrü bu ilin dekabrında bitir. Britaniya hökuməti keçid dövrünün uzadılmayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR