Britaniyada COVID-19-a yoluxanların sayı 2,5 milyonu ötüb

Britaniyada COVID-19-a yoluxanların sayı 2,5 milyonu ötüb
# 01 yanvar 2021 21:24 (UTC +04:00)

Böyük Britaniyada son sutkada 53 285 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə Səhiyyə Departmenti məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 542 065 nəfərə çatıb.

Son sutka ərzində 613 nəfər isə koronavirusa görə həyatını itirib. Hazırda Britaniyada koronavirusa görə ölənlərin ümumi sayı 74 125 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR