Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib

Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib
  • Clock-gray 20:06
  • calendar-gray 05 İyun 2020

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 40 mini keçib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniya hökumətinin açıqlamasında son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 357 nəfərin vəfat etdiyi deyilir.

Bununla da Britaniyada indiyədək koronavirusdan ölənlərin sayı 40 261 nəfərə çatıb. Ümumilikdə koronavirusa yoluxanların sayı isə son sutka ərzində 1650 nəfər artaraq 283 311 nəfərə çatıb.

Aytən Abbaslı

Digər xəbərlər