Britaniyada Nazirlər Kabineti ölkənin AB-dən çıxacağı gün növbədənkənar iclas keçirəcək

Britaniyada Nazirlər Kabineti ölkənin AB-dən çıxacağı gün növbədənkənar iclas keçirəcək
# 18 yanvar 2020 08:02 (UTC +04:00)

Böyük Britaniyanın Nazirlər Kabineti ölkənin Avropa Birliyindən çıxacağı gün (31 yanvar) Birləşmiş Krallığın gələcəyini müzakirə etmək üçün növbədənkənar iclas keçirəcək.

APA xəbər verir ki, Baş Nazirliyin mətbuat xidməti tərəfindən yayılan açıqlamaya görə, eyni günün axşamı Baş Nazir Boris Conson yerli xalqa müraciət edəcək.

“Nazirlər Baş Nazirin şəhər və regional hakimiyyət orqanlarının səlahiyyətlərini genişləndirmək təkliflərini və hökumətin rifah halını artırmaq və əhali üçün yeni imkanlar yaratmaq planlarını müzakirə edəcəklər. Axşam saatlarında Baş Nazir xalqa xüsusi bir müraciət edəcək”, - sənəddə belə deyilir.

Nazirlər Kabinetinin iclası paytaxtda deyil, ölkənin şimalındakı şəhərlərdən birində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR