Britaniyada avtomobil məktəbliləri vurub, onlardan biri ölüb

Britaniyada avtomobil məktəbliləri vurub, onlardan biri ölüb
# 03 dekabr 2019 03:39 (UTC +04:00)

Böyük Britaniyanın Esseks qraflığında avtomobil məktəblilərdən ibarət qrupu vurub, nəticədə 12 yaşlı yeniyetmə ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir.

“Louson şəhərində baş vermiş avtoqəzadan sonra “adam öldürmə” maddəsi ilə iş qaldırılıb. Təəssüflər olsun ki, 12 yaşlı oğlan keçinib. Baş verənlərlə bağlı hər hansı məlumatı olanlardan polisə müraciət etmələrini xahiş edirik”, - deyə Esseks polisinin “Twitter” səhifəsində qeyd olunur.

Bildirilir ki, yol qəzası yerli vaxtla 15:20-də (Bakı vaxtı ilə 19:20) dərslər bitəndən sonra baş verib. Məktəbliləri vuran gümüşü rəngli “Ford” markalı avtomobilin sürücüsü dayanmayıb və hadisə yerindən qaçıb. Qəza zamanı, həmçinin 15 yaşında iki məktəbli, 13 və 16 yaşında daha iki yeniyetmə, eləcə də 53 yaşlı qadın xəsarət alıb. Polis sürücünün axtarışlarını aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR